Ukrayna Rusiyanın HHM kompleksini məhv edib | VİDEO

Ukrayna Rusiyanın HHM kompleksini məhv edib    | VİDEO
  09 Sentyabr 2025    Oxunub:617
Ukrayna kəşfiyyatının xüsusi təyinatlı qüvvələri Rusiyanın Krımda yerləşən radar stansiyalarını hərəkətdə olarkən vurub.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş Kəşfiyyat İdarəsi (BKİ) belə məlumat yayıb.

Açıqlamada “55Zh6M Nebo-M” kompleksinin “48Ya6-K1 Podlet RLS”-nin və “RLM-M” modulunun məhv edildiyi bildirilir.

Rusiyanın Soçi şəhəri PUA hücumuna məruz qalıb
O cümlədən, “RLM-M” radar modulu hərəkətdə olarkən vurulub. Zərbə sistem operatorlarının döyüş növbətçi mövqelərini tərk etdiyi anda həyata keçirilib.

Xatırladaq ki, sentyabrın 9-na keçən gecə Ukraynanın Rsuiyanın Krasnodar diyarındakı Soçi şəhərinə endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   HHM  



Xəbər lenti